Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşlanmanı tezləşdirən beş vərdiş

  • 2023.07.13 11:51
  • 920 Baxış
Yaşlanmanı tezləşdirən beş vərdiş
Uzun müddət gənc qalmaq istəyənlər öz bədəninin siqnallarına qulaq asmağı bacarmalıdır.


“Medicina” xəbər verir ki, qastroenteroloq Andrey Krapivinin sözlərinə görə, cəmiyyətdə kök salmış bu vərdişlər sağlamlıq və gözəlliyi vaxtından tez tükədir.


Faydasından xəbərdar olmadan istədiyin qidaları yemək. Əvvəlcə gözəllik əziyyət çəkəcək, sonra sağlamlıq uğursuzluğa düçar olacaq. Yeri gəlmişkən, karbohidratlar maddələr mübadiləsinə mənfi təsir göstərir. Ətraflarında baş verən hər şeyə həddindən reaksiya vermək - Stresə tab gətirə bilməmək kortizol hormonunun istehsalının artmasına təsir göstərir. O isə xoşbəxt gələcək, gənclik və gözəllik uğrunda mübarizədə ən pis köməkçidir.


Az yatmaq. Keyfiyyətli istirahət bədəndəki ümumi rifah və bərpa prosesləri üçün vacibdir. Bu mühüm amil yaşlanmanı ləngidir, çünki insan yatarkən kollagen əmələ gəlir.

Günəşdən qorunmadan günəş vannası qəbul edib qaralmaq. Qızmar Günəş şüaları dəriyə zərər verir və xərçəngin inkişaf şansını artırır. Gənc və gözəl ölmək istəmirsinizsə, xüsusi krem və papaqdan istifadə edin, ən əsası yayda saat 12-16 arasında küçəyə çıxmayın.

Oturaq həyat tərzi. Hərəkətin, idmanın olmaması ömrü 15 il azaldır. Üstəlik, idmanın olmaması vaxtından əvvəl yaşlanmağa kömək edir. Bu piylənmə, ürək xəstəlikləri, insult, diabet və digər xəstəliklərə gətirib çıxarır.

Günay Quluzadə