Yaşından gənc görünmək,dərinin gec qocalması üçün bahalı prosedurlara ehtiyac yoxdur. Qədimdən belə bir inanc var ki: dəri istini yox, soyuğu sevir.
“Medicina” xəbər verir ki, osteopat həkim Punam Desai cavanlıq üçün fərqli bir üsulu açıqlayıb:
“Hər gün soyuq duş dərinin gəncliyini qaytarmağa kömək edə bilər.
Bunun üçün kontrastlı duş alıb, soyuq su altında cəmi 2 dəqiqə durmaq kifayətdir. Bədəni buna alışdırmaq lazımdır. Proseduru həftədə 3 dəfə etmək lazımdır.
Bu, dərinizi elastik edəcək, qırışları azaldacaq, stress səviyyəsini endirir, iltihabı azaldır, yuxunu yaxşılaşdırır.
Sonradan bədən öyrəşdikdə soyuq vanna da etmək olar.
Amma səhhətində problem olanlar, ürək-damar xəstələri üçün əks göstərişdir”.
Aygün