Yaşıl soğan yemək xərçəngə tutulma riskini azaldır. Bu növ soğan kversetetin kimi maddə ilə çox zəngindir. Onun mövcudluğu iltihab və xərçəngə təsir edir.
«Medicina» xəbər verir ki, həkim – pediatr Andrey Prodeusun sözlərinə görə, kversetetinlə zənginliyə görə xərçəng əleyhinə “çempion” məhsul məhz yaşıl soğandır.
Məsələn, köklə müqayisədə onun tərkibində bu maddə 20 dəfə çoxdur.
Çində yarım milyondan çox insan üzərində aparılan araşdırmaya görə, gündə 20 qram yaşıl soğan yemək xərçəng riskini 15 faiz azaldır.
Azərbaycanda qədimdən ət yeməkləri və yağlı yeməklər yanında süfrədə mövsüm boyu yaşıl soğan olardı. Yaşıl soğan nənə-babalarımızın lavaş, çörək arası qəlyanaltısı olub.
Aygün Musayeva