Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin fərqi və faydaları

  • 2019.06.20 16:17
  • 16412 Baxış
Yaşıl, qırmızı, sarı –  Bolqar bibərlərinin fərqi və faydaları
Yəqin məlumatınız var ki, bolqar bibəri təbii aspirin, C vitamini mənbəyi və qan  dövranını yaxşılaşdıran tərəvəzdir. Düzdür, mövsümü az olur, ilboyu ucuz olmur, bizim mətbəxdə də dolma və bir iki yeməkdən başqa bir yerdə istifadə olunmur, amma həkimlər bildirir ki, həftədə ən azı 200 qr bolqar bibəri yeməklazımdır ki, qan durulaşsın, C vitamini artsın.

Adətən yaşıl bibər qırmızı və sarıya nisbətən daha ucuz olur. 


Medicina.az bolqar bibərlərinin rənginə görə fərqi və hansı xəstəliklərdə daha faydalı olması barədə materialı təqdim edir:


Qırmızı bibər – daha çox şirin olub, tərkibində saxaroza və askorbin, A vitamini ilə daha zəngindir.  2 ədəd qırmızı bibər yemək kifayətdir ki, orqanizmin A vitamini ehtiyacının yarısı ödənsin. Halbuki yaşılda bu 10%-dir. 


Sarı bibər – tərkibində rutin çox olduğundan, qan damarlarını möhkəmlədir, elastikləşdirir. Eləcə də sarı bibərdə kaliy, fosfor vardır ki, ürək-damar sistemi üçün vacibdir.


Yaşıl bibər -  askorbin turşusu çoxdur, qanı duruldur, beyni aydınladır. İtalyan alimləri aşkar ediblər ki, yaşıl bolqar bibərində elə maddə və birləşmələr vardır ki, bədxassəli şişlərin yaranması riskini azaldır. 


Yaşıl və sarı bibərdə olan E vitamini tez qocalmaya qarşıdır, onkoloji xəstəliklərin qarşısını alır, tərkibində dəmir olduğu üçün qanı artırır. 

Alimlər bildirir ki, bolqar bibəri çox yeyən insanlarda insult riski dəfələrlə azalır. 


Bolqar bibəri bu problemlərdə daha faydalıdır:


-Artıq çəkisi olanlarda – maddələr mübadiləsini sürətləndirir, piyləri əridir

-Əsəbləri sakitləşdirir, yuxu gətirir – tərkibində olan B1, B2, B9, P vitaminləri əsəbiliyi, qıcıqlanmanı, oyanıqlığı, yorğunluğu azaldır, yuxunu yaxşılaşdırır.

-Dırnaqları və saçları möhkəmlədir

-Tromb əmələ gəlməsinə və laxtalanmaya qarşıdır

-Radiasiyaya qarşıdır, orqanizmdən radiasiya qalığı və nikotini çıxarır. Ona görə radiasiyalı işdə çalışanlar, çox siqaret çəkənlər hər gün bibər yeməlidir.

-Süd vəzi xərçəngində çox faydalıdır

-İmmuniteti möhkəmlədir, infeksiya və viruslara qarşı dözümlüyü artırır

-Görməni itiləşdirir, gözü qocalmağa qoymur

-Yemək zamanı yemək bağırsaqların peristaltikasını  və həzmi yaxşılaşdırır


Kimlərə olmaz:


Ağır infarkt keçirmiş şəxslərə, böyrək, qaraciyər problemin olanlara, yüksək təzyiqi olanlara

 


 



Yaşıl, qırmızı, sarı –  Bolqar bibərlərinin fərqi və faydaları