Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşıl çaydan daha tez arıqladan içki – RESEPT

  • 2024.06.11 15:10
  • 902 Baxış
Yaşıl çaydan daha tez arıqladan içki –  RESEPT
Yaşıl çayın maddələr mübadiləsini sürətləndirdiyi məlumdur. Ancaq mineral su arıqlamaq üçün daha yaxşı seçim ola bilər.

Medicina.az xəbər verir ki, adətən çox yedikdən sonra hiss edilən şişkinlik və ya həzmsizliyi aradan qaldırmaq üçün istifadə etilən mineral suyun sağlamlıq baxımından çox böyük faydaları var. Bu içki həm də pəhriz saxlayarkən ən yaxşı köməkçi vasitə ola bilər.

Pəhrizdə mühüm yeri olan su istehlakını artırmaq üçün mineral su tövsiyə edilir. Mütəxəssislər mineral su içdikdən sonra orqanizmin daha çox suya ehtiyac duyduğunu və buna görə də su istehlakını artırdığını bildirirlər. Çox su içmək isə arıqlamaq prosesini sürətləndirir.

Öz başına arıqlama effekti olmasa da, arıqlama prosesini dəstəkləyən bu içki orqanizmi müxtəlif minerallarla təmin edə bilir. İdman edərək arıqlamağa çalışan insanlar məşq zamanı enerji, tər və bununla bərabər bədəndəki mineralları itirir.
Məşqdən əvvəl istehlak edilən mineral su bədənə enerji verir və gümrahlıq bəxş edir, məşqdən sonra istehlak edilən mineral su isə orqanizm tərəfindən itirilmiş mineralların bərpasını təmin edir.

Yay aylarında çox tərləyən insanlar da mineral su içərək orqanizmin tərlə itirdiyi mineralları geri qazana bilərlər.

- Mineral su əzələ-sümük inkişafını dəstəkləyir və bədən üçün lazım olan mineral dəyəri təmin edir.

- Hamiləlik dövründə istehlak edildikdə körpənin inkişafını dəstəkləyir.

- Həzm sisteminin sürətli işləməsini təmin edir.

- Pəhriz zamanı istehlak edildikdə kilo itkisini dəstəkləyir.

- Dərinin nəm balansını saxlayaraq sızanaqların əmələ gəlməsinin qarşısını alır.

- Həzmsizlik və qəbizliyin həllidir, qazın qarşısını alır.

- Saçın nəm balansını qoruyur və daha sağlam uzanmasına kömək edir.

- Araşdırmalar göstərir ki, yeməkdən sonra istehlak edilən mineral su daha sürətli arıqlamağa kömək edir. Mədəni daha tez dolduran mineral su orqanizmə daxil olan kaloriyi azaldır.

- Qələvi quruluşu sayəsində mədə turşusunu tarazlayan mineral su, həzm sisteminin daha sağlam işləməsini təmin edir.

- Bədənin suya olan tələbatını ödəməyə kömək edən mineral su, pH dəyəri və mineral quruluşu ilə orqanizmin canlılığını təmin edir.

Mineral suyun təsirini artırmaq və daha tez arıqlamaq üçün aşağıdakı resepti sınaqdan keçirə bilərsiniz:

Tərkibi:

Yarım litr qaynar su,
2 çay qaşığı yaşıl çay,
yarım limon,
1 şüşə mineral su

Hazırlanması:

2 çay qaşığı yaşıl çayı yarım litr qaynar suya töküb 10 dəqiqə dəmləyin. Sonra yarım limonu sıxıb qabığı ilə birgə dəmlənmiş yaşıl çayın üzərinə əlavə edin. Yeməklər arasında istehlak edin.

Qeyd edək ki, mütəxəssislər tərəfindən gündəlik istehlak edilməsi tövsiyə edilən mineral suyu normada içmək lazımdır. Sağlam orqanizmə gündəlik 600 ml mineral su qəbulu kifayətdir.


Aysel