Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır.
Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?
- Berqamotun xoş qoxusu bədəndə aromaterapiya effekti yaradaraq stressi azaltmağa kömək edir.
- Çay şəklində istehlak edildikdə əsəbilik və gərginlik kimi mənfi emosional halları aradan qaldırır.
- Polifenollarla zəngin olduğu üçün antioksidant xüsusiyyətlərə malikdir.
- Orqanizmi toksinlərdən təmizləyir.
- İmmunitet sistemini dəstəkləyir.
- Ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri var. Damar tıxanmasının qarşısını alır.
- Güclü antioksidant təsiri ilə pis xolesterin səviyyəsini aşağı saldığı bilinir.
- Berqamot, xüsusilə çay şəklində istehlak edildikdə, arıqlama prosesinə kömək edir.
- Tərkibində az miqdarda kofein olduğu üçün enerji verir.
- Dəri sağlamlığına faydalıdır. Antioksidant təsiri ilə bədəndən zərərli maddələri çıxararaq yaşlanma əleyhinə effekt verir.
- Həzm sistemini tənzimləyərək həzmsizlik və qəbizlik problemlərinə yaxşı təsir edir.
- Berqamot yağı hamam suyuna əlavə edildikdə qızdırmasalıcı təsir göstərir.
- Antiseptik xüsusiyyətləri sayəsində ağız yaralarının sağalmasına və ağız qoxusunun yox olmasına kömək edir.
- Masaj yağı olaraq istifadə edildikdə rahatlama təmin edir və stressdən yaranan ağrıları aradan qaldırır.
- Berqamot ürəyi qoruyur və qan təzyiqini tarazlaşdırır.
Aysel