Mütəxəssislər yaşıl çay içməyin qara çaydan daha faydalı olduğunu bildirirlər.
Bəs yaşıl çaydan hər gün istifadə edilərsə, orqanizmdə hansı dəyişikliklər baş verər?
Medicina.az yaşıl çayın faydalarını təqdim edir:
Yaşıl çay insanı sakitləşdirir. Çünki tərkibindəki maddələrin insanı sakitləşdirici xüsusiyyəti var.
Stresi azaldır.
Yaddaşı gücləndirir.
Gündə 1-2 stəkan yaşıl çay beyin hüceyrələrinin fəaliyyətini artırır. Uzunmüddət istifadə edildiyi təqdirdə yaddaşla bağlı yaranan xəstəliklərin qarşısını alır.
Yaşıl çay həmçinin artıq çəkilərdən də xilas edir. Bunun üçün idmandan öncə bir stəkan yaşıl çay için. Bu idman hərəkətləri əsnasında özünüzü güclü hiss etməyinizə də kömək edəcək. Eyni anda maddələr mübadiləsinin fəaliyyətini sürətləndirəcək.
Xəstəliklərə qarşı immuniteti gücləndirir. İçinə limon suyu sıxaraq içsəniz orqanizminiz daha enerjili olacaq.
Şəhanə Quliyeva