Artıq alça mövsümü gəlir. Hər bir meyvədə olduğu kimi alçanın da faydaları var.
“Medicina” xəbər verir ki, yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və artıq ziyanlı maddələrdən təmizləyir.
Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s.
Alça C vitamini ilə də olduqca zəngindir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. İmmun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma prosesləri ləngidir.
Yaşıl alçanın 10 əsas faydasını sizə təqdim edirik.
1. Yaşıl alça bağ toxumasını gücləndirir.
2. Dieta əsnasında çəki atmağınıza kömək edir.
3. Tərkibində yüksək miqdarda antioksidan var.
4. İmmunitet sisteminin güclənəməsinə kömək edir.
5. Stressə qarşı və sakitləşdirici təsir edir.
6. Ağız sağlamlığı üçün, xüsusilə, diş ətlərinin güclənməsinə
7. Revmatizmə qarşıdır
8. Dəmir çatışmazlığı yaşayanlar və anemiya xəstələri üçün təsirlidir.
9. Qəbizliyin qarşısını alır.
10. Ağciyər xərçəngi, xroniki ağciyər xəstəliklərini, astma və soyuq dəymə kimi xəstəliklər üçün problemlərin həll edilməsinə kömək edir.
Günay Quluzadə