Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşıınıza görə təzyiq normaları - CƏDVƏL

  • 2019.09.02 14:58
  • 92780 Baxış
Yaşıınıza görə təzyiq normaları -  CƏDVƏL
İnsanların səhhətləri barədə ən çox şikayət etdikləri şey qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatçılıqlara səbəb olur. Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlıarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.


Medicina.az xəbər verir ki, arterial təzyiqin nə qədər olması cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.


Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:  


* Sistolik arterial təzyiq – qanın vurulmasının ən yüksək həddidir.


* Diastolik arterial təzyiq – ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir.


Normal arterial təzyiq 120/80mm.c.süt. olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur. Aşağıdakı cədvəl yaşına görə normal təzyiqin neçə olduğunu göstərir.


Yaş---- Kişilər ----Qadınlar


20      123/76     116/72 


20-30  126/79    120/75


30-40  129/81    127/80


40-50  135/83    137/84


50-60  142/85   144/85


70 -    142/80     159/85


Uşaqlarda arterial təzyiq neçə olmalıdır?


Yaş Sistolik döyüntülərin sayı Diastolik döyüntülərin sayı


2 həftəyə qədər 60-96 40-50


2-4 həftə 80-112 40-74


2-12 ay 90-112 50-74


2-3 yaş 100-112 60-74


3-5 yaş 100-116 60-76


6-9 yaş 100-122 60-78


10-12 yaş 110-126 70-82


13-15 yaş 110-136 70-86


Cədvəldən göründüyü kimi insanın yaşı artdıqca onun qan təzyiqi də yüksəlir. Bu göstəricilərin fərqli olması isə insanda müxtəlif xəstəliklər səbəbindən baş verir. Bu zaman isə yeganə çıxış yolu həkimə müraciət eləmək və təzyiqin dəyişməsinə səbəb olan amili aradan qaldırmaqdan ibarətdir.