Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaşı 40-dan yuxarı insanlarda xərçəng - 70% artıb

  • 2023.09.14 18:58
  • 1941 Baxış
Yaşı 40-dan yuxarı insanlarda xərçəng   - 70% artıb
Əvvəllər xərçəng üçün riskli yaş 50-dən yuxarı hesab olunurdu.

"Medicina" xəbər verir ki, alimlər xərçəngin qloballaşdığını bildirib.

Əgər 1990-cı illərdə 50 yaşdan aşağı xərçəng aşkarlanan insanlar 1,8 milyon idisə, 2020-ci ildə bu rəqəm 3 milyonu keçib.

Eləcə də 40-45, 30 yaş üzəri xəstələr arasında ölüm də 25% artıb.

2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb.


Sağlam qidalanma, tütün və alkoqol istehlakının məhdudlaşdırılması və müvafiq açıq hava fəaliyyəti də daxil olmaqla sağlam həyat tərzinin təbliği erkən zamanda xərçəngin yükünü azalda bilər - deyə alimlər bildirib.

Aygün Musayeva