Yasəmən çiçəkləyəndə onları toplayıb, çiçəklərini ayırıb, bankaya yığaraq qurutsaq, bütün il boyu super bir dərmanınız olacaq. Onun cövhərini evdə hazırlaya bilərsiz.
Medicina.az yasəməndən dərman hazırlamağın reseptlərini toplayıb.
Yasəmənin güllərini təmizləyib, şüşə bankalara yığın. Bir banka gülü ayrıca saxlayın, bir banka gülün üzərinə araq əlavə edib, 10 gün qaranlıq yerdə otaq temperaturunda saxlayın.
Axşam 20 ml cövhəri 1 stəkan çaya qatıb qarışdırmaq, kiçik qurtumlarla içmək lazımdır.
- Artrit, artroz, onurğa, bel ağrılarında güllərin üzərinə yarım litr qaynar su alıb, 3 sutka saxlayın. Sonra süzün, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir. Kurs müalicə 1 ay.
-Revmatizm, duz yığılması, şpor, ağrılar, ostexondrozda quru güllərin üzərinə 1:1 nisbətdə 40% spirt əlavə edib, 8 gün qaranlıq yerdə saxlayın. Gündə 2 dəfə 30 damcı qəbul edilir və ağrı olan nahiyəyə kompress olunur.
-Qrip, soyuqdəymədə 20 damcı yarım stəkan suda həll edib gündə 2 dəfəyə o suyu qəbul edib bitirmək lazımdır.
- Diz, oynaq, sümük ağrılarında da yasəmən çiçəklərinin spirtdə cövhəri 1 xörək qaşığı, yeməkdən əvvəl gündə 3 dəfə qəbul edilir.
-Xalq təbabətində yasəmən gülləri cövhəri qulaqlarda küy, öskürək, mədə ağrısı, qarın işləməsi, vərəm, epilepsiyada, böyrək problemlərində də faydalıdır.
-Kişilərdə impotensiya zamanı quru güllərin üzərinə 1 stəkan qaynar su töküb, dəmləyib, gündə yarım stəkan olmaqla 3 dəfə içilir.
-Ayaqlarda damar problemi, varikozda spirtdə məhlulu ilə ayaqlara kompress olunur.
-Olmaz qanaxması olanlara, böyrək çatışmazlığında, qəbizlikdə