Araşdırmalar sübut edib ki, böyük şəhər və paytaxtda yaşayanlar böyük stress altında yaşayır və bu yükə orqanizmin gücü tab gətirə bilmir. Şəhər müasir şərtləri ilə cəlbedicidir, amma əvəzində sağlamlığını qurban verməlisən.
“Medicina” yaşadığımız şəhərin hansı cəhətlərinin sağlamlığımıza qənim kəsildiyini təqdim edir.
1. Avtomobil, qazlar və tıxaclar – hər gün stresi artırır, daşırır, sinir sistemini daim qıcıqlandırır. Amerikalı psixoloqlar müəyyən edib ki, şəhər mərkəzində oxuyan və hər gün tıxacla avtomobildə dərsə gəlib gedənlər gərgin stres altında olur və digərlərindən daha pis imtahan nəticəsi göstərir.
Şəhər içində gün boyu avtomobildə oturaq dolaşmaq, piyada gəzməmək, piylənmə və damar xəstəliyi riskini 10% artırır.
Bütün günü maşın sürənlər daha çox siqaret çəkir, idmanla məşğul olmur, pis yatır.
2. İctimai nəqliyyat, basabas metro, avtobus
Əgər maşının yoxdursa, bütün günü sükan arxasında deyilsənsə, yenə də stresin azalmır. Çünki avtobus və metro psixoloji problemləri daha da artırır, insanlar tez-tez xəstələnir, çünki avtobusda hər cür virus və xəstə insan ola bilər.
Avtobus, metroda işçi işə necə, nə vaxt çatacağını düzgün hesablaya bilmir, gecikir və o işə əsəbi gəlir.
İctimai nəqliyyatda olan basabas, havasızlıq, səs-küy, silkələnmə və basırıq bütün sinir və hormonal sistemi pozur.
3. İşdən evə və geri yollar
Şəhərdə yaşayan insanın ömrünün yarısı yollarda keçir. Yollar həqiqətən insanı öldürür. Yapon alimləri bu qənaətə gəlib ki, günü yollarda keçənlərin ürək ritmi pozulmuş olur.
Gündə 40 dəqiqə yolda sərf edən insanın simpatik sinir sistemi daim aktiv olur və bu da aritmiyaya səbəb olur.
Sutkada 2 saatdan artıq yolda keçirənlərin ömrü daha qısa olur. Bu insanın istirahət, idman və s. vaxtı qalmır.
- Şəhər küyü
Şəhər insanı sanki bu səsə alışır. Amma orqanizm hər gün bu səs-küyə, vibrasiyaya dözməli olur.
Şəhərdə hər yer səs-küylüdür: yollardan tutmuş ofislərə kimi. Hətta yeməyi də səs-küy altında yeyirlər.
Əgər insan 85 ds yüksək səs eşidirsə, bu onun sinir, psixi və ürək işinə mənfi təsir edir.
Avtomagistral yollarının yaxınlığında səs tezliyi 55- 90 dB qədərdir.
Yəni yollarda alışdığımız səs sağlamlıq üçün təhlükəlidir. Bu zaman qulaq, qalxanvari vəz, hipofiz, arterial təzyiq, ürək xəstəlikləri, immunitet zəifliyi, yuxu pozulması, psixi pozulma baş verir.
Aygün Musayeva