Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yarpaqları özündən daha FAYDALIDIR

  • 2018.04.23 11:21
  • 15375 Baxış
Yarpaqları özündən daha  FAYDALIDIR
Turpun yarpaqları turpun özündən qat-qat faydalıdır.

 

Medicina.az xəbər verir ki, araşdırmaçılar bu qənaətə gəliblər.

 


Tərkibində çoxlu sayda müxtəlif vitaminlər (A, C, PP, K, B qrupu), nikotin, askorbin, salisil turşuları, makro və mikroelementlər (maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink, mis və s.) mövcuddur.


Tərkibində kalium və maqneziumun  olan turpun yarpaqları ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini tənzimləyir.


Kalsiumla zəngin olan yarpaqlar sümüklər üçün də faydalıdır. Turpun yarpaqlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etmək tövsiyə edilir. Bütün digər göyərtilər kimi qidalı liflərlə zəngin olan yarpaqlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.