Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yarım ürəklə doğulmuş oğlan xilas edildi

  • 2022.10.17 13:59
  • 2908 Baxış
Yarım ürəklə doğulmuş oğlan  xilas edildi

Novosibirskidə ürək cərrahları 4 yaşlı ürək anomaliyalı oğlanı xilas edib.

"Medicina" xəbər verir ki, uşaq hələ ana bətnində ikən onda ürəyinin yarısının inkişaf etdiyi görülüb.

Doğulandan 3 yaşına kimi onun üzərində 3 ağır palliativ əməliyyat keçirilib.

Uşağın ürəyinin gücü yetmədiyindən o yaşıdları kimi inkişaf edə bilmir.

4 yaşı olmasına baxmayaraq o hələ iməkləyir, danışmır.

Qarşıda onu daha bir ağır Fonten əməliyyatı gözləyir.

Bu zaman venoz qan ağciyər arteroyasına yönələcək.

Aygün Musayeva