Kababın hansı dərəcəyə qədər bişirilməsi və ətin tam bişmə əlamətlərini çox insan bilmir, ət şişdə qızardısa, istidirsə, dişə vurmaq olar.
Amma isti ət belə çiy ola bilər.
“Medicina” xəbər verir ki, toksikoloq Mixail Kutuşov kababın təhlükəsiz səviyyəsini açıqlayıb.
Yarımbişmiş kabab, xüsusən qanlı hesab edilən kabab hansı fəsadlara yol açır?
“İsti qızarmış ət belə içdən çiy ola bilər. Bu isə insan üçün təhlükəlidir. Insanlar elə hesab edir ki, kababdan zəhərlənmək mümkün deyil. Amma yarı çiy kababda olan parazit və zərərli bakteriyalar qida zəhərlənməsi, parazitə yoluxma baş verir. Ishal olur, bağırsaq pozulur. Qurd yumurtalarına yoluxma sistiserlər vasitəsilə baş verir və bağırsağa düşdükdə böyüyür, qurda çevrilir və tenioz xəstəliyi yaradır.
Təhlükəsizlik üçün istənilən növ ət 71 dərəcədən aşağı temperaturda, hərtərəfli, 5 dəqiqədən az bişirilməməlidir. Məhz bu müddətdə bakteriyalar ölür.
Çiy ətdən zəhərlənmə həyat üçün təhlükəli də ola bilər.
Xüsusən yaxşı bişməmiş toyuq əti, donuz əti, farş və qaraciyərdə daha çox helmint ola bilər.
Steyklər isə 54-60 dərəcədə hazırlanmalıdır.
Ətin bişdiyini ideal müəyyən edən qida termometridir, siz onunla ətin ən qalın hissəsində daxildə hərarəti ölçə bilərsiz”.
Aygün Musayeva