Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

  • 2025.03.06 13:52
  • 193 Baxış
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru  işdən çıxarıldı


Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

Medicina.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.

TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.