Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yarasalarda yeni növ korona aşkarlandı

  • 2021.07.22 14:05
  • 1696 Baxış
Yarasalarda yeni növ korona aşkarlandı
İngiltərədə nalburun yarasalarda COVİD-19-a yol açan “SARS-CoV-2” ilə əlaqəsi olan yeni koronavirus növü aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə İngiltərə alimləri açıqlama veriblər.

Alimlər 53 yarasa üzərində təcrübə aparıb və onlarda kəskin tənəffüs çatışmazlığına səbəb ola biləcək yeni növ koronavirus aşkarlayıb. Yeni növ koronavirusa “RhGB01” adı verilib.

Bildirilir ki, bu növ virusun insanlara ötürülə biləcəyinə dair hələ ki, heç bir dəlil yoxdur.