Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaranan immunitet “Kraken” ştammından qoruyurmu? – AÇIQLAMA

  • 2023.01.16 12:35
  • 1242 Baxış
Yaranan immunitet “Kraken” ştammından qoruyurmu? –   AÇIQLAMA
“Ümumdünya Səhiyyə Təşkilatının Kraken (XBB 1.5.) ştammı ilə bağlı əsas narahatlığı formalaşmış immunitetin bu ştammı tanımaması ilə bağlıdır. Odur ki, yeni peyvəndlərin alınmasına zərurətin yarandığı haqqda fikirlər söylənilir. Elmi həqiqət isə bunu inkar edir: RNT və DNT əsaslı virusa qarşı istər təbii (xəstələnib sağalma), istərsə də peyvənd nəticəsində əmələ gələn immunitet (antitel) 2 müdafiə xətti yaradır:1-ci müdafiə xətti virusun hüceyrəyə keçidini təmin edən proteinə (COVİD-19-da S-spayka zülalı) və ya keçid qapısına (intra və ekstracellülyar) bağlanaraq, onu inaktivləşdirmək yolu ilə yoluxmanın qarşısını alır. COVİD-19 hüceyrəyə reseptor mexanizmlə (ACE2 reseptorları) daxil olur. Bu reseptorlar postsinaptik (hüceyrədən kənar- “sinaptk kisədə”) yerləşdiyindən, antitellər onunla əlaqəyə girə bilmir. S-spayka zülalına gəlincə isə, mutasiyalar əsasən bu subvahiddə baş verdiyinə görə, formalaşmış immunitet (1-ci müdafiə xətt) onu tanıya bilmir. Nəticədə COVİD-19-un hər yeni əmələ gələn mutantı, o cümlədən “Kraken” ştammı bu müdafiə xəttini demək olar ki, maneəsiz keçir. Bu səbəbdən də koronavirusa dəfələrlə yoluxmaq mümkündür. Odur ki, təkrar yoluxmanı xüsusi bir hal kimi dəyərləndirib, insanları qorxutmaq olmaz. Bu COVİD-19 üçün qanunauyğun bir haldır”.


Medicina.az -ın xəbərinə görə, bunu professor Musa Qəniyev bildirib.


“İmmunitetin 2-ci və əsas müdafiə xətti, virusu hüceyrənin daxilində qarşılayır. Bu, virusun bütün 4 struktur elementini - E-örtük təbəqə, N-nukleokapsid, M-membran, S-zülalı tanıyaraq, ona qarşı yaranan müdafiə xəttidir. Bu halda immunitet virusun 1-ci 3 subvahidini (E, N, M) mütləq şəkildə, ümumi genom strukturunu isə ( S-zülal da daxil olmaqla), 90% > faiz nisbətində tanıyır və inaktivləşdirir. Bu aşağıdakı mexanizmlə baş verir: Məlum ştamm orqanizmə düşəndə, “supressiya” vəziyyətində olan spesifik B tip hüceyrələrin, virusun zülal fraqmentləri ardıcılığını tanıyan “xatırlama yaddaşı” (“yaddaş kartı”) aktivləşir (2-ci tip B-limfositlər). Bu hal təkrari yoluxmanın 3-cü günündən başlayaraq, antikovid antitellərin sintezinin kəskin immun stimulyasiyasını törətməklə, immun aktivliyi pik həddinə qaldırır. Xəstəlikdən sağalmış və ya peyvənd olunmuş şəxslərdə həm də, virusu tanıyan T- hüceyrə cavab reaksiyası formalaşdığından, aktivləşən T-limfositlər (T-killerlər) yoluxmuş hüceyrələri “həlqə blokuna” alaraq, məhv edir. Nəticədə yoluxmanın digər hüceyrələrə keçməsinin qarşısı tam şəkildə alınır. Məlum səbəbdən, T-hüceyrələr vaksinasiya olunmuş (hətta 1 doza peyvənd alan) və ya infeksiyadan sağalmış insanlarda, təkrari yoluxma baş verərsə, xəstəliyin ağır keçməsinin də qarşısını alır. Odur ki, COVİD-19-un bütün ştammları kimi, Kraken ştammına yoluxma zamanı da formalaşmış immunitet, onu mütləq şəkildə tanımalı və inaktivləşdirməlidir. Bu səbəbdən yeni peyvənd axtarışı fikri, yalnız kommersiya maraqlarına xidmət edən həqiqətdir. İstər təbii, istərsə də peyvənd nəticəsində formalaşmış immunitet yalnız bir halda- virusun hüceyrəyə giriş qapısını bağladıqda (I müdafiə xəttində “mütləq bloklanma”) təkrari yoluxmanın qarşısını geridönməz şəkildə ala bilər. Məsələn, qızılca ilə xəstələnib sağaldıqdan sonra, formalaşmış təbii immunitet kimi...”, - professor qeyd edib.