Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaraları sağaltmaq üçün ən yaxşı mazlar hansılardır?

  • 2019.03.04 09:59
  • 23019 Baxış
Yaraları sağaltmaq üçün ən yaxşı mazlar hansılardır?

Kəsiklər, cızıqlar, yanıqlar – bunlardan heç kim sığortalanmayıb. Bu cür kiçik problemlərlə həkimə müraciət etmək ağılsızlıq olar. Amma bəzi hallarda belə kiçik və əhəmiyyətsiz yaralar böyük sağlamlıq problemlərinə səbəb olur. Ona görə də hər evdə aptekçədə yara alan zaman tətbiq edə biləcəyiniz və yaraları sürətlə sağaldacaq mazlar olmalıdır. 


Medicina.az sizə ilk tibbi yardım zamanı tətbiq edə biləcəyiniz mazları təqdim edir. Mazlar tərkiblərinə görə bir birlərindən fərqlənirlər. Onları tətbiq etməzdən əvvəl tərkibini araşdırmaq lazımdır.  


1) Gümüş. Gümüşün kiçik hissəcikləri yaraya mikrob düşməsinin qarşısını alır.  Bu maddə güclü antoseptikdir və bakteriyaların çoxalmasını əngəlləyir. Tərkibində olan gümüş ionları sayəsində maz dərinin regenerasiya qabiliyyətini artırır və sağalmanı təmin edir. 


2) Bakteriya əleyhinə vasitələr. Əgər yaraya infesksiya düşərsə bu zaman iltihabı aradan qaldırmaq lazımdır. Bu zaman yaxşı olardı ki, antebakterial mazlardan istifadə edəsiniz. Bu mazlar bakteriyaları məhv edərək irinli prosessi aradan qaldırır.

 

3) Təbii vasitələr. Tərkibində təbii vasitələr olan mazlarla əsasən kəsikləri müalicə edirlər. Onların tərkibində olan heyvan və bitki mənşəli maddələr adi mazlardan daha effektiv təsir edir. Bu mazlar iltihabı, şişkinliyi, ağrını aradan qaldıraraq yaraların tez bir zamanda sağalmasını təmin edir.


4) Tərkibində vitamin olan mazlar. Tərkibində А, Е, D, və B qrupu qrupu vitaminləri olan mazlar regenerasiya prosesini sürətləndirir. Dəri bütün bədəni infeksiyadan qoruyur. Onun zədələnməsi orqanizmdə bir sıra problemlərə yol aça bilər. Buna görə də dəridə yaranan hər hansı bir problemi vaxtında aradan qaldırmaq lazımdır. 


Arzu

Medicina.az

Yaraları sağaltmaq üçün ən yaxşı mazlar hansılardır?
Yaraları sağaltmaq üçün ən yaxşı mazlar hansılardır?