Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaqub Zurufçunun vəziyyəti daha da ağırlaşıb

  • 2021.09.14 09:19
  • 1201 Baxış
Yaqub Zurufçunun vəziyyəti daha da ağırlaşıb
“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti axşam saatlarından etibarən bir az da ağırlaşıb”.

Medicina.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O bildirib ki, həkimlərin sözlərinə görə, sənətçinin vəziyyətini stabil saxlamaq çətinləşib:

“Həkimlərlə danışırıq. Onlar deyir ki, əlimizdən gələni edirik. Lakin Yaqubun vəziyyətini stabil saxlamaq olmur. Vəziyyəti bir qədər də ağırlaşıb”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağır olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.