Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaqub Zurufçunun son durumu ilə bağlı açıqlama

  • 2021.09.10 11:37
  • 2130 Baxış
Yaqub Zurufçunun son durumu ilə bağlı  açıqlama
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Medicina.az -ın məlumatına görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu "Report"a bildirib ki, sənətçinin vəziyyəti ağır olaraq qalır.

“Səhər həkimi ilə danışdım. Bildirdi ki, heç bir dəyişiklik yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Müaliçəsi davam etdirilir”, - A.Zurufçu qeyd edib.