Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaponların super beyninin sirri – Uşaqlıqdan bu bitkinin kökünü yeyirlər

  • 2019.12.19 19:16
  • 74481 Baxış
Yaponların super beyninin sirri –  Uşaqlıqdan bu bitkinin kökünü yeyirlər


Nəyə görə yaponlar zəkalı, beyni aktiv, özləri uzun ömürlüdür? Onlar baş beynin aktivliyini artıran və onu lazımi maddələri bir bitkidən alırlar. Daha doğrusu bu bitkinin təzə köklərini həm yeməkdə, həm şorabasını uşaqlıqdan yeyirlər.


Medicina.az xəbər verir ki, hazırda da Yaponiya bazarlarında və marketlərində satılan bu bitki ayıpəncəsidir (rus dilində lopux).

Bazarda nazik, zoğ kimi təzə kökləri göyərti kimi dəstələnib satılır.

Yaponlar ona qobo deyir. Onlar üçün bitki yox, tərəvəzdir. Bitkinin kökü temperatura dözümlüdür və uzun müddət qalır.
Marinadlaşdırılmış ayıpəncəsi kökü isə vakuum qablaşdırmada satılır və onu restoranlarda, evdə az qala hər yeməyin yanında şoraba kimi verirlər.

Marinadlaşdırılmış köklər xoş narıncı rəng alır, xırçıltılıdır.

Ənənəvi qaydası isə kok karandaş yonurmuş kimi rəndələnir, küncüt yağında hazırlanıb soya sousu ilə qarışdırılır.
Hesab edilir ki, ayıpəncəsi qan dövranının yaxşılaşdırır, böyrəkləri təmizləyir, orqanizmdən artıq mayeni qovur, bu da beyni yüngülləşdirir.

Tərkibində çox saytda B6 vitamini var. Bu da baş beynin tələb etdiyi vitamindir.