Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaponlar niyə yemək zamanı su içmirlər? - SƏBƏBLƏR

  • 2024.03.12 17:34
  • 1390 Baxış
Yaponlar niyə yemək zamanı su içmirlər? -  SƏBƏBLƏR
Bir çox insan yemək yeyərkən su içməyin həzmi asanlaşdırdığını düşünsə də, bu, tamamilə səhv fikirdir.

Medicina.az xəbər verir ki, sağlamlıq və uzunömürlülük deyəndə ilk ağla gələn xalq olan yaponlar yemək yeyərkən su içmirlər. Bu da səbəbsiz deyil.

Yemək yeyərkən su içməyin zərərləri belə sıralanır:

Ağız quruluğuna səbəb olur

Nə qədər paradoksal səslənsə də, yeməklə bir stəkan su içmək tüpürcəyi azaldır. Bəzi insanlar suya bir dilim limon əlavə etməyi xoşlayır. Bu, daha da zərərlidir, çünki tüpürcək vəzlərinin işinə mane olur. Tüpürcək ağız mühiti üçün vacib rol oynadığından, onun olmaması ağız quruluğu və pis qoxu da daxil olmaqla bəzi xoşagəlməz simptomlara gətirib çıxarır.

Həzmi çətinləşdirir

Yeməklə birlikdə su içdiyiniz zaman tüpürcək durulaşır. Belə olduqda, qida həzmindən məsul olan mədə mayeləri daha az ifraz olunur. Nəticədə, mədəniz qidaları parçalamaq üçün daha zəif siqnallar alır ki, bu da şişkinliyə səbəb ola bilər.

Qidaların əmilməsi prosesini yavaşladır

Yemək zamanı su içmək, həzm şirələrini yuyub apararaq mədənin təbii turşuluq səviyyəsinə təsir edir. Həzm sistemi pozulur. Bu da vücudun daha az vitamin və qida qəbul etməsinə səbəb olur.

Mədə yanmasına səbəb olur

Yeməklərlə birlikdə su içmək, mədəyə əlavə yük olur. Mədənin işi çətinləşir və reflüks riski artır. Yemək zamanı su içmək bədənin daha az həzm fermentləri ifraz etməsinə səbəb olur ki, bu da mədə yanması da daxil olmaqla, bir sıra əks təsirlərin üzə çıxması ilə nəticələnir.

Çəkini artırır

Yemək yeyərkən su içmək kökəlməyə səbəb ola bilər. Çünki bədəndə qida əmilməsi prosesi pozulduqda vücuda daxil olan qidaların çoxu yağa çevrilir. Yeməklərlə birlikdə su içdikdə bədən qana daha çox insulin ifraz edir, nəticədə piy qatı artır.


Aysel