Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaponiyada streptokokka rekord yoluxma – Təhlükə

  • 2024.05.16 11:50
  • 744 Baxış
Yaponiyada streptokokka rekord yoluxma  – Təhlükə

Yaponiyada rekord həddə hemolitik streptokokk infeksiyasına yoluxma qeydə alınıb.


“Medicina” xəbər verir ki, xəstəliyin belə vüsət almasının səbəbi ölkədə maska və koronavirusdan qorunma tədbirlərinin aradan qaldırılması irəli sürülür.

İnfeksiya elə də yüngül hesab edilmir, nekroz və ölümə belə səbəb ola bilər.
2024-cü ilin 5 mayında 801 nəfərdə xəstəlik aşkarlanıb. Bu, ötən illə müqayisədə 2 dəfə çoxdur.



Xəstələrdə eyni tip bakteriyadan faringit aşkar edilib.

Milli Xəstəliklər təşkilatının direktoru Kiesyu Taniquçi bildirib ki, yoluxma açıq yara səthindən də olur.

Əgər bakteriya yaradan daxil olarsa, sürətlə ağırlaşma baş verir. Ona görə də əllərin dezinfeksiyası ciddi olmalıdır.

Qeyd edək ki, streptokokk skarlatina adlı anginaya bənzər xəstəliyə də səbəb olur.

Müalicəsi üçün antibiotiklərdən istifadə olunur.

Aygün M