Yaponiyada 7 uşaqda naməlum mənşəli hepatit aşkar edilib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.
Qeyd olunur ki, xəstəliyə tutulan uşaqların yaşı 16-dan aşağıdır.
Bu günədək Yaponiyada naməlum mənşəli hepatit 31 nəfərdə aşkar edilib. İlk dəfə xəstəlik ölkədə aprelin 25-də qeydə alınmışdı.
Ümumiyyətlə, dünyada bu günədək 31 ölkədə 610 nəfərdə naməlum mənşəli hepatit aşkar edilib.