Yaponiya koronavirus pandemiyası ilə əlaqədar xarici ölkə vətədaşlarına tətbiq etdiyi məhdudiyyətləri oktyabr ayından yumşaldacaq.
Medicina.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yoşihide Suga koronavirusla mübarizə qərargahının iclasında deyib: "İqtisadiyyatı bərpa etmək üçün beynəlxalq əlaqələri bərpa etmək lazımdır".
Baş həmçinin bildirib ki, tətbiq olunacaq yumşalma turistlərə şamil edilməyəcək: "Bu, tibbi, təhsil və ticarət məqsədləri üçün Yaponiyaya orta və uzunmüddətli səfərlər edən xarici ölkə vətəndaşlarına şamil ediləcək".
Qeyd edək ki, Yaponiya pandemiya səbəbiylə ABŞ, Aİ və Cənub-Şərqi Asiya, Çin, Cənubi Koreya, Rusiya, Belarus, Ukrayna da daxil olmaqla, demək olar ki, 160 ölkənin vətəndaşının ölkəyə girişini məhdudlaşdırıb.