Yaponiyada koronavirusun delta ştamının özunü məhv etdiyi və bunun ölkədə COVID-19 hallarının azalmasına səbəb olduğu ehtimal edilir.
Medicina.az xəbər verir ki, yerli alimlər hesab edir ki, nsp14 zülalı zədələnmiş virusun yayılma xüsusiyyətləri daha aşağıdır ki, bu da koronavirusa yoluxanların sayını azaldan amillərdən biri ola bilər.
Yaponiyada COVID-19-a yoluxma hallarında azalma, gündə rekord sayda - demək olar ki, 26 min nəfərin aşkarlanmasından üç ay sonra müşahidə olunmağa başladı. Məlumata görə, ölkədə yoluxanların sayı sutkalıq 200 nəfərə düşüb, noyabrın 7-də isə koronavirusdan ölüm halı qeydə alınmayıb.