Yaponiyada 396 nəfər COVID-19-un daha əvvəl rastlanmayan növünə yoluxub.
Medicina.az xəbər verir ki, ölkənin Milli Epidemiya İnstitutu (NİİD) 396 nəfərin daha əvvəl İngiltərə, Cənubi Afrika və Braziliyada rastlanan növlərindən başqa, yeni bir COVID-19 variantına yoluxduğunu açıqlayıb. Yoluxmanın paytaxt Tokyonun Kanto bölgəsində olduğu qeyd edilib.
Məlumata görə, mutasiya digər ölkələrdəki variantlarla ortaq xüsusiyyətlərə malikdir. Mütəxəssislər bu mutasiyanın Yaponiyaya kənardan gəldiyini, bununla bağlı yetərli məlumatların olmadığını söyləyib.