“Deksametazon” dərmanı Yaponiyada COVID-19 xəstəliyinin müalicəsində istifadə edilməsi üçün təsdiqlənib.
Münasib qiymətli və asan əldə oluna bilən “Deksametazon” virusa yoluxub orta və ağır keçirənlərlə yanaşı, kəskin ağciyər problemi yaşayanların da köməyinə çatır.
Qeyd edək ki, Yaponiya daha əvvəl COVID-19-un müalicəsində istifadə üçün “Remdesivir” dərmanını da təsdiqləmişdi.