Yapon həkimləri korona xəstələrini ifermektin adlı dərmanla müalicə edərək, ölüm faizini sıfıra endirib.
Medicina.az xəbər verir ki, yaponlar bu dərmanı sentyabrdan tətbiq etməyə başlayıb. Onu terapiyaya daxil edəndən sonra ölümlər qəfildən azalmağa başladı.
Lakin bununla yanaşı ölkədə digər dərmanlar da kovid müalicəsinə daxildir.
Ona görə tək ivermektin təsir etməsi barədə rəy vermək çətindir.
Lakin faktlar göstərir ki, Yaponiyada məhz sentyabr ayından son 11 aya nisbətdə minimum yoluxma və ölüm sayı qeydə alınıb.
Hazırda əhalisi kifayət qədər sıx olan Yaponiyada sutkada cəmi 1-4 nəfər koviddən ölür.
Qeyd edək ki, bu dərman ABŞ-da da məşhurdur, lakin həkimlər onun toksiki olduğunu bildirir.
Elmi tədqiqatlar sübut edib ki, ivermektetin kovidin hüceyrə nüvəsinə keçməsinin qarşısını qəti alır.