Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yapon texnikası ilə qarnınızı 1 aya 4 sm əridin - Gündə cəmi 5 dəqiqənizi alacaq/ VİDEO

  • 2018.12.22 12:03
  • 20106 Baxış
Yapon texnikası ilə qarnınızı 1 aya 4 sm əridin -  Gündə cəmi 5 dəqiqənizi alacaq/ VİDEO

Oturaq həyat tərzinin yayılması ilə əlaqədar olaraq, biz çox insanda onurğa, qarın və bədənin digər nahiyələri ətrafında piy problemi yaranır. Lakin yapon alimləri buna da çözüm tapıblar.


Bu sadə və effektiv dəbən korreksiyası texnikasını yapon alimi Fukusudzi təxminən 10 il əvvəl hazırlayıb. Bu üsul  ilə sallaq qarından azad olaraq düz qamətə sahib olmaq mümkündür. 


Gündə cəmi 5 dəqiqənizi sərf etməklə sizin bədən formanız dəyişəcək, beliniz daha incə, qamətiniz isə daha düz olacaq. 


Medicina.az sizə həmin üsulu təqdim edir: 


1.Dəsmalı 7-10 sm qalınlığında 40 sm uzunluğunda dürmələyin. 


2.Bərk yerdə əyləşin, hazırladığınız dəsmal burmasını arxanıza qoyun. Yumşaq çarpayı işə yaramayacaq. Yaxşısı budur möhkəm divanda, massaj stolunda ya da döşəmədə uzanasınız.  

 

Картинки по запросу японский врач Фукуцудзи


3.Ehtiyatla arxası üstə uzanın. Dəsmalı belinizin altına yerləşdirin.  


4.Ayaqlarınızı çiyniniz enində açın və pəncələri bir-birinə baxacaq şəkildə çarpazlaşdırın. Ayaqlar arasında 20-25 sm məsafə olmalıdır. 


5.Əllərinizi başınızın arxasında çarpazlaşdırın, ovuclarınızı çölə doğru çevirərək çeçələ barmağınızı bir-birinə birləşdirin. 


6.Diqqət edin ki, ayaqlarınızın baş barmaqları və əlinizin çeçələ barmaqları bir-birini toxunsunlar.  


7.Bu vəziyyətdə 5 dəqiqə dayanın. Daha sonra ehtiyatla ayağa durun. Çünki bu vəziyyətdə sümüklər və oynaqlar bir az yerindən tərpənirlər. 


Əgər hərəkəti düzgün yerinə yetirsəniz, o zaman sizin skeletiniz təbii forma alaraq düzəlməyə başlayacaq. Qarnınız getdikcə içəriyə doğru çəkiləcək, nəticədə də daxili orqanlar təbii vəziyyətlərinə qayıdacaqlar. Bu texnikadan istifadə edənlər 1 ay üçün qarın nahiyənin 4 sm kiçildiyini müşahidə ediblər.


Əvvəllər 5 dəqiqə bu vəziyyətdə dayanmaq çətin olur. Ona görə də yaxşı olar ki, 2-3 dəqiqədən başlayasınız. Nəticə artıq bir aydan sonra bilinəcək. Bu fiziki hərəkət onurğanızı da möhkəmləndirəcək. 


Arzu

Medicina.az