Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşüb.
Dövlət Statistika Komitəsindən
Medicina.az -a verilən xəbərə görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,9 faiz olub. Körpələrdən 278-i əkiz, 12-si üçəm doğulub.