Yüngül yanıq xəsarəti aldığınız zaman ağrını, qızartını və göyməni aradan qaldırmağın bir çox üsulları var.
Medicina.az sizə mətbəxdə olan vasitələrlə yanıqların aradan qaldırılmasının yollarını təqdim edir.
1) Yanan nahiyəyə sürtgəcdən keçirilmiş yerkökü qoyun. Bu dərinin tez sağalması üçün yaxşı vasitədir.
2) Çiy yumurta sarısını qaynar tavaya qoyun. Bu zaman sarı yanacaq və ondan yağ ayrılacaq. Bu yağ yanıqların sağaldılmasında güniş istifadə edilir.
3) Yumurta sarısını kərə yağı ilə mayonez qatılığına gələnədək qarışdırın. Alınan qarışımı təmiz tənzifin içinə qoyaraq yanmış dərinin üzərində bir müddət saxlayın.
4) Yanmış dərinin üzərinə sürtgəcdən keçirilmiş turp qoyun.
5) Ən yaxşı vasitələrdən biri də qarabaşaq ununu qızılı rəng alana qədər qovuraraq su ilə qarışdırıb yanığın üzərinə çəkməkdir.
Arzu
Medicina.az