Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yanıq zamanı qəti bunu etməyin – Cərrah

  • 2023.12.13 14:21
  • 1916 Baxış
Yanıq zamanı qəti bunu etməyin  – Cərrah

Yanıqlar zamanı əksər insanlar ilkin yardımı düzgün etmir və nəticədə yanıq yarası dərinləşir.

“Medicina” xəbər verir ki, cərrah Anna Tabuyka yanıq formaları və həkimə qədər yardımdan danışıb.
Yanığın dərəcəsi onun dəridə əhatə etdiyi sahə və dərinliklə ölçülür.

4 növ yanıq zədəsi var.

- Birinci dərəcə - üst epitel zədələnir. Dəri sadəcə qızarır, köpür, ağrıyır.

- İkinci – dərinin ikinci daxili qatı zədələnir. Qabarcıqlar, suluqlar yaranır. Belə yaralar 2 həftəyə kimi sağalır.

- Üçüncü dərəcədə - dəri qaralmış közə bənzəyir. Həmin hissədə hissiyat ölür, qabarcıqlar çoxalır, partlayır.

- Dördüncü – derma və bütün dərialtı toxuma yanır.

Yanıq hələ yerli zədələnmədir, bunun arxasında orqanizmin başqa reaksiyaları durur: şok, ağrı, infeksiya, intoksikasiya və s.

Ona görə hətta ilkin yardımdan sonra da vəziyyət ağırlaşa bilər.

İlkin olaraq xəstəni yanıq sahəsindən uzaqlaşdırmalı, yanan geyim varsa söndürməli. Artıq geyimləri çıxarmalı, yanıq sahəsinə(üzərinə yox) soyuq su və ya buz qoymalı.

Daha sonra yanıq sahəsinə quru steril sarğı, tənzif qoyulur və fiks edilir. Xəstəyə içməyə su və ağrıkəsici verilir.

Yanıq yerinə başqa heç bir şey özbaşına çəkmirsiz.

Aygün