Hər bir insanın evində, çantasında və iş yerində əl altında bu dərman vasitələrinin olması vacibdir. Bəzən vaxtında çatdırılmış bir tablet insan həyatını xilas edə bilər. Medicina.az hər bir insanın əli altında olmağa namizəd dərmanların siyahısını təqdim edir.
1.Universal dərman – parasetamol. Dünyanın ən məşhur ağrıkəsicisi, hərarət salıcı və iltihab əleyhinə preparatı. Diş, baş ağrısı, qızdırma, qrip zamanı köməyinizə çatar. Hamilələr və uşaqlara ehtiyatlı olmaq lazımdır. Qaraciyər xəstəliyi olanlara olmaz. Parasetamolun alternativi İbuprofendir.
2.Loperamid – diareya, qarın ağrısı zamanı yolda, getdiyiniz yerdə köməyinizə çatar. İmodiumdan geri qalmaz, həm də ucuzdur. İshal zamanı əvəzolunmazdır.
3.Diazolin – allergiyaya qarşı köhnə antihistamin preparatıdır. Qaşınma, köpmə, allergiya, səpmənin qarşısını alır. Əks göstərişi yoxdur.
4.Valerian – köhnə, doğma sakitləşdirici. Sedativ təsir edir. Lakin son elmi tədqiqatlar valerinanın plasebo ilə eyni olduğunu bildirir. 12 yaşa kimi uşaqlara olmaz.
5.Nitroqliserin – ürək ağrısı və tutmasına qarşı. Ürək ağrısını sakitləşdirir, stenokardiya tutmasını dərhal blok edir, qan dövranını yaxşılaşdırır. Bir mənfi cəhəti baş ağrısı verməsidir.
6.Papazol – yüksək təzyiqə qarşı. Stenokardiya və hipertoniya xəstəliyi olanlara vacibdir.
7.Aktivləşdirilmiş kömür – zəhərlənmələrə, qəbizlik və köpə qarşı. İstənilən yerdə mədə-bağırsaq problemi yaranarsa, dərhal 4-5 ədəd kömür atın.
Diqqət: bu dərmanlar ağır xəstəliyi olmayan normal insanlar üçündür. Xroniki xəstəliyi olub müalicə alan insanlar öz dərmanlarını yanlarında gəzdirməlidir.