Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yanından düz keçib gedirik, halbuki faydaları saymaqla bitməz - RESEPTLƏR

  • 2018.12.01 15:59
  • 43911 Baxış
Yanından düz keçib gedirik, halbuki faydaları saymaqla bitməz -  RESEPTLƏR
Bağlarda alaq otu kimi yetişən və çoxumuzun uzaq gəzdiyi gicitkən bitkisini hamı tanıyır. Onun nə qədər faydalı olduğu isə çoxlarına məlumdur. Tərkibində çoxlu vitaminlər, zülal, mikroelementlər, fosfor, kalium, dəmir mövcuddur.  


Medicina.az gicitkən bitkisindən hazırlanan min bir dərdə dərman olacaq çay reseptini təqdim edir: 


Bu çay vasitəsilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Gicitkən  süd verən analarda süd ifrazını artırır, menstrual tsikli tənzimləyir, qan damarlarını qüvvətləndirir və qanı təmizləyir. 


Bundan əlavə, bu çayı qaraciyər patologiyaları zamanı, mədə-bağırsaq traktı və tənəffüs sisteminin xəstəliklərində təyin edirlər.


Gicitkən çayı aşağıdakı hallarda qəbul edilə bilər: 


podaqra;

öd kisəsi xəstəliklərində;

qaraciyər xəstəliklərində;

revmatizm zamanı.


Əlbəttə bu bitki xeyirli xüsusiyyətlərlə yanaşı bir sıra mənfi xüsusiyyətlərə də malikdir.  


Belə ki, həddən artıq qəbul edildikdə qanı qatılaşdırır. Bu isə baş beynin qan damarlarında problem olan insanlarda, varikoz xəstələrinə əks göstəriş hesab edilir.  


Bundan əlavə aşağıdakı hallarda gicitkən çayının qəbulu məsləhət deyil:


qanaxmalar zamanı;

qanın qatılığı yüksək olarsa;

böyrək xəstəlikləri zamanı.


Gicitkən çayının hazırlanması:  


Qazana bir qədər su və gicitkən tökərək qaynadın. Daha sonra otaq temperaturuna qədər soyudaraq süzün. Yarım saat saxladıqdan sonra gündə 3 dəfə olmaqla yeməkdən 15 dəqiqə əvvəl yarım stəkan için.


Gicitkən çayını yaşıl çay və itburnu ilə birlikdə də hazırlaya bilərsiniz. 


Arzu

Medicina.az