Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yanğında FHN əməkdaşı yaralanıb - Rəsmi

  • 2019.03.26 10:22
  • 6361 Baxış
Yanğında FHN əməkdaşı yaralanıb -  Rəsmi
 



Bakıda ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yaralanıb.


Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, əli yaralanan şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb. Həyati təhlükəsi yoxdur. 

 

*** 


Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın davam edir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova faktla bağlı Medicina.az-a bildirib ki, yanıq, zəhərlənmə və xəsarət şikayəti ilə müraciət daxil olmayıb. Yanğın səhər saatlarında başladığı üçün xəsarət alan yoxdur. Səhəhiyyə nazirliyin əməkdaşının açıqlamasına görə yanğın baş verən əraziyə 6 tibbi briqada göndərilib.

 

Qeyd edək ki, Bakıda məhşur ticarət mərkəzində yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində qeydə alınıb. Əraziyə FHN-in bir neçə yanğınsöndürən maşınları cəlb olunub. Şahidlərin sözlərinə görə, yanğın birinci mərtəbədəki dönərxanadan başlayıb və tez bir zamanda yuxarı mərtəbələrə doğru qalxıb.Hazırda binada olan vətəndaşları təxliyə edir.

 



Yanğında FHN əməkdaşı yaralanıb -  Rəsmi