Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yanğında əkizləri ölən anaya kömək - Digər uşaqları xilas edək

  • 2022.07.26 16:07
  • 2876 Baxış
Yanğında əkizləri ölən anaya kömək  - Digər uşaqları xilas edək

İyul ayında Sabunçu rayonu Kürdəxanı qəsəbəsində faciə ilə üzləşən ailənin Azərbaycan xalqının yardımına ehtiyacı var.


Medicina.az xəbər verir ki, bu barədə Oxu.Az-a ailə üzvü Şıxəliyeva Zuyfira məlumat verib.



O qeyd edib ki, iyul ayının əvvəlində bacısına və onun həyat yoldaşı Rövşən Abbasova məxsus ev yanaraq külə dönüb:

“Hadisə zamanı bacımın yeddi aylıq əkiz övladlarından biri yanaraq öldü, digəri isə yolda can verdi.

Yanğından bir neçə gün sonra atam, 70 yaşlı Abbasov Qafar Qəni oğlunu da itirdik. Bacım, 1998-ci il təvəllüdlü Hamiyə Abbasovanın dörd övladı var idi. Onlardan ikisi Fatimə və Zəhra Abbasovaları itirsək də, digər iki övladı - 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov və bacım 5 nömrəli Şəhər Kliniki Xəstəxanasında yatırlar

Atillanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilsə də, bacımın və üç yaşlı övladının vəziyyəti ağır olaraq qalır. Uşağın əl barmaqları, Hamiyənin isə ayağı amputasiya oluna bilər. Qeyd edim ki, bacımın vəziyyəti çox ağır olduğundan biz, əkiz övladlarının öldüyünü ondan gizlədirik”.

Ailənin bir gecədə məhv olan həyatının bərpası, xəsarət alan körpələrin və ananın sağalması üçün lazım olan məbləği qohumların və tanışların köməyi ilə belə, toplamaq mümkün olmayıb.

İki körpəsi dəhşətli yanğında həlak olmuş ananın digər iki övladını xilas etmək üçün Azərbaycan xalqının dəstəyinə ehtiyacı var. Mərhəmət sahiblərini bu ailəyə dəstək olmağa çağırırıq.

Əlaqə nömrəsi: 070 309 41 48 (bacısı Zuyfira)

Qeyd: Hadisə zamanı ailəyə məxsus ev tamamilə yanaraq məhv olduğundan onların sənədlərini oxuculara təqdim edə bilmirik.