Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Yanan vaflilər”lə bağlı Qida Təhlükəsizliyi Agentliyindən - AÇIQLAMA

  • 2019.01.16 19:19
  • 7819 Baxış
“Yanan vaflilər”lə bağlı Qida Təhlükəsizliyi Agentliyindən -  AÇIQLAMA
Qida Təhlükəsizliyi Agentliyi son günlər sosial şəbəkələrdə vaflinin yanmasını əks etdirən videolarla bağlı yayılan məlumatlara münasibət bildirib.


Medicina.az xəbər verir ki,  agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vaflinin yanması onun təhlükəli qida olmasının göstəricisi deyil. 


Belə ki, vafli qidalı, yesək kalorili və asan həzm olunan çoхməsaməli, səthi şəbəkəli məmulatdır. 


Bəzəkli və içlikli vaflilərdə şokolad, qəhvə, meyvə-giləmeyvə yarımfabrikatları, qoz, badam, müxtəlif tamlı və ətirli maddələr istifadə edilir.


Vaflinin dad və quruluşuna təsir edən əsas komponentlərdən biri də yağdır:


"Yağlar vafliyə yumuşaqlıq verməklə yanaşı, xəmirin məsaməliliyini artırır. Burada müxtəlif təsirlərə dözümlü qatı bitki yağlarından istifadə edilir. Yağ vaflinin tərkibində qluten və nişastanın birləşərək kütlə əmələ gətirməsinin qarşısını alaraq onu yumşaq və asan həzm olunan edir. Həm tərkibində yeyinti yağları olması, həm vafli təbəqələri hazırlanarkən bişirilmə qablarının yağlanması, eyni zamanda mövcud CH (karbohidrat) qruplarının havanın oksigeni ilə asanlıqla reaksiyaya girməsi vaflinin yanmasına səbəb olur”.


Agentlikdən qeyd edilib ki, ümumiyyətlə qida məhsullarının tərkibində yağlar olduğundan onların yanması tamamilə təbii haldır: 


"Məhsulun yanması onun təhlükəsizlik və ya keyfiyyət göstəricisi hesab oluna bilməz. Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyini yalnız laborator müayinələr və analizlər vasitəsi ilə müəyyənləşdirmək mümkündür”.