Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yağlı saçlardan qurtulmağın yolları - Çox isti su, masaj...

  • 2018.11.16 14:04
  • 10104 Baxış
Yağlı saçlardan qurtulmağın yolları -  Çox isti su, masaj...
Yağlı saçlar insanlarda vizual problemlərlə yanaşı fizioloji problemlərə də yol açır. 


Kəpək, saçların tökülməsi, saç dibində səpkilər buna misal ola bilər. Əsas səbəbi bədəndə gedən maddələr mübadiləsinin, dəridə olan piy vəzilərinin funksiyasının pozulması və irsi amillərdir. Həmçinin hormonal balansın pozulması, hamiləlik, stress də bura aid edilə bilər.


Medicina.az sizə yağlı saçlardan azad olmağın yollarını təqdim edir:


Qida rasionunuzdan acı, şirin, kəskin dadlı qidaları çıxardın, un məmulatlarını azaldın. Bu, sizin ümumi sağlamlığınıza, əhval-ruhiyyənizə də müsbət təsir göstərəcək. 


Qida rasionunuza vitaminləri və mineralları daxil edin. Dəniz məhsulları, meyvə tərəvəzdən çox istifadə edin.


Çoxlu maye  qəbul edin. Gün ərzində də 2 l su içmək saçlarınızın normaya qayıtmasına səbəb olacaq. 


Baş dərisinin məruz qaldığı qıcıqlandırıcı amilləri aradan qaldırın. Saçlarınızı çox isti hava ilə deyil, ilıq hava ilə qurudun.


Saçları həddən artıq isti və buz kimi su ilə yumaq da yağlanmaya səbəb olur. 


İti uclu daraqdan istifadə etməyin.


Güclü masaj etmək piy vəzilərini aktivləşdirir, bu, saçları yağlandırır.


Balzamı saçların dibinə vurmayın. Çünki belə olduqda saçların yağlanmasına və tökülməsinə səbəb olur. Balzam saçların dibindən 10 sm aralı hissədən aşağıya çəkilməlidir.


Arzu

Medicina.az