Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yalançı koronavirus" necə olur? - Simptomları

  • 2021.09.23 16:40
  • 1756 Baxış
"Yalançı koronavirus" necə olur?  - Simptomları


Son günlərdə həkimlər COVID 19 virusu ilə bağlı təcili yardıma zənglərin çoxaldığını bildirir. Bir çox insanlar bir neçə saatdan bir təzyiqini, hərarətini ölçür, qızdırması qalxır, özündə koronavirus əlamətləri hiss edir.

Termometrdə göstərici həqiqətən də 37 dərəcəyə çatır.

Medicina.az xəbər verir ki, həkimlər bu halları koronavirusun yalançı simptomları adlandırır.


Belə hallar ipoxondrik, yəni xarakteri və psixoloji durumu hər xırda şeydən daxili narahatlıq, qorxu keçirən insanlarda baş verir. Onlar gerçəkdən eyni anda xəstəliyin simptomlarına bənzər əlamətlər keçirə bilir.


İpoxondriklər psixoloji koronavirus keçirir: döş qəfəsi, kürəkdə ağrı, nəfəsalmada basqı, baş ağrısı, temperaturun dəyişməsi, hətta boğazda qıcıqlanma və öskürək belə ola bilər.

Amma ipoxondrik qızdırmanı 38.5-ə kimi çatdıra bilməz və burunun, boğazın selikli qişası ödemləşə bilməz. Bu əlamətləri isə həkim asanlıqla təyin edəcək.


Ona görə əgər həkim sizdə heç nə yoxdur dedikdə panikaya qapılıb, haray qoparmayın.
Belə adamlara psixoloq köməyi və sakitləşdiricilər lazım olacaq.