Piylənmə və diabet sinir sistemi ilə beynin işini pozur.
Bakupost.az xəbər verir ki, Cənubi Afrika universitetinin bir qrup nevroloqları qidasında çox miqdarda yağ olanların beyninin vəziyyətinin dəyişdiyini sübut ediblər.
Onlar siçanlar üzərində apardıqları təcrübə sayəsində yağlı qidanın beyinə təsirini araşdırıb.
Siçanlar 2 qrupa bölünüb. Birinci qrup 30 həftə ərzində yüksək yağlı qidalar yeyib. İkinci qrup isə normal rasion alıb.
Hər iki qrupda Alsgeymer xəstəliyi olan bir neçə siçan olub.
Alimlər siçanların çəki, qanda xolesterin, qlükoza kimi parametrləri ölçüblər.
Yüksək yağlılıqlı qidalar yeyən qrupda Alsgeymeri olan siçanların beynində patoloji dəyişikliklər daha da çoxalıb.
Bu qrupdakı 90% siçanların koqnitiv funksiyaları pozulub, metobolizm zəifləyib, artıq çəki ilə yanaşı baş beynin ölçüsündə kiçilmə də baş verib.
"Piylənmə, diabet və yaş üçlüyü insanlarda Alsgeymer, yaddaş pozuntusu və digər psixi pozuntulara gətirib çıxaracaq" -deyə alimlər qeyd edib.
Aygün Musayeva
BakuPost
Seçilmiş Zəngimcell