Bədəndə öd davamlı olaraq ifraz edilir. Ancaq öd kisəsinin normal fəaliyyət göstərməməsi hallarına tez-tez rast gəlinir.
Medicina.az xəbər verir ki, qastroenteroloq Dilyara Lebedeva bu vəziyyətin qarşısını almağın bir neçə sadə qaydasını açıqlayıb.
Həkim burada əsas köməkçilərdən birinin yağlar olduğuna diqqət çəkib.
“Telegram” kanalında "yağları yenidən süfrənizə qoyun" deyən həkim əlavə edib ki, yağlı qidalar vitaminlərin mənimsənilməsi üçün vacibdir.
Onun sözlərinə görə, yağlı qidalardan imtina bədənə zərərli təsir göstərir.
“Ən sağlam yağlar rafinə edilməmiş bitki yağları, çərəzlər, avokado və balıqda olur. Ancaq donuz əti və digər çox yağlı ət növləri mədə və mədəaltı vəzi üçün əlavə yük yaradır. Xüsusilə də mədə-bağırsaq sistemində problem olanlar daha diqqətli qidalanmalıdırlar. Toyuq, hinduşka və ya balıq ətinə üstünlük vermək məsləhətdir”, - deyə mütəxəssis qeyd edib.
Həkim səhər yeməyindən əvvəl bir stəkan ilıq su içməyi məsləhət görüb:
“Gün ərzində içilən su ilıq olmalıdır. Həmçinin pəhrizə çoxlu tərəvəz və göyərti əlavə etmək də tövsiyə olunur”.
Aysel