Nəcisdə bəzi dəyişikliklər yağlı qaraciyər xəstəliyinin ən ağır mərhələsi olan sirrozun inkişaf etmiş əlaməti ola bilər.
“Medicina” xəbər verir ki, qeyri-alkoqol mənşəli yaglı qaraciyər spirt qəbulu ilə əlaqəsi olmayan bir sıra qaraciyər xəstəliklərindən biridir.
Bu xəstəlik qaraciyərdə piylərin yığılması nəticəsində baş verir. Bu xəstəlik müalicə edilmədikdə qaraciyər çatışmazlığına və xərçəngə səbəb ola bilər.
Qaraciyər orqanizmdə 500 – dən çox funksiyanı yerinə yetirir. Məhz bu səbəbdən qaraciyərdə hər hansısa bir problem bədənin bir neçə hissəsinə təsir edə bilər. Ən ağır mərhələsi qaraciyər serrozudur. Serroz – qaraciyər müalicə almadıqda baş verə bilər.
İlkin mərhələdə serroz öz simptomlarını göstərməyə bilər. Serroz qaraciyərin zədələnməsindən yaranır. Yeni qaraciyərin çapıqlanması nəticəsində, çapıq toxuması qaraciyərdə sağlam toxumaları əvəz edir və qaraciyərin düzgün işləməsinə mane olur.
Nəticədə qaraciyər fəaliyyətini dayandıracaq və qaraciyər çatışmamazlığı meydana gələcək. Hətta bu xəstəlik insan ölümünə səbəb ola bilər. Qaraciyərin müalicəsi illər tələb etdiyindən sadəcə bu xəstəliyin inkşafını gecikdirmək mümkündür.
Qusma zamanı qan gələrsə bu serozun əlaməti sayılır. Çünki, qanın qaraciyərdən düzgün keçməməsi , qanı bağırsaqdan qaraciyərə (portal vena) aparan venada təzyiqin artmasına səbəb olur.
Eləcə də qan təzyiqinin artması , qanın mədə və yemək borusunu əhatə edən daha kiçikm ,daha kövrək damarlardan keçməsinə və yüksək təzyiq altında parlamasına gətirib çıxardır. Bu əlamət qusmaqla yanaşı nəcisdə də görünə bilər.
Günay Quliyeva