Arıqlamaq üçün ac qalmağa və ya dadsız yeməklər yeməyə ehtiyac yoxdur. Dietoloqlar həm dadlı, həm də yağları yandıraraq sürətlə arıqladan salatın reseptini açıqlayıblar.
Bu salatın əsas üstünlüyü zülal baxımından son dərəcə zəngin olmasıdır. Yaşıl mərcimək, zeytun yağı və tərəvəzlərlə zənginləşdirilmiş bu salat sağlam şəkildə arıqlamaq istəyənlərə məsləhət görülür.
Salatın tərkibindəki yaşıl mərci həm toxluq hissi verir, həm də gündəlik zülal ehtiyacının çox hissəsini ödəyir.
Tərkibi:
- Yarım stəkan qaynadılmış yaşıl mərcimək
- Yarım stəkan qaynadılmış noxud
- Az miqdarda kəsmik və ya pendir
- Pul bibər və duz
- Roka
- 1 ədəd pomidor
- 2 ədəd qırmızı bibər
- Nanə
- Bir neçə yarpaq kahı
- Bir çay qaşığı zeytun yağı
Hazırlanması:
Mərcimək və noxudu bişirin. Tərəvəzləri və göyərtiləri doğrayın. Bütün inqrediyentləri böyük bir qaba əlavə edib yaxşıca qarışdırın. Ədviyyat və pendiri əlavə edin. Sonda zeytun yağını əlavə edərək salatı tamamlayın.
Bu salatı axşam yeməyi əvəzinə hər gün yeyə bilərsiniz. Bundan əlavə, onu qəlyanaltı olaraq da seçmək olar.
Aysel