Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yağın zərəri barədə 5 mifə cavab – Yağ qaraciyəri zədələyir?

  • 2023.04.26 16:28
  • 2796 Baxış
Yağın zərəri barədə 5 mifə cavab  – Yağ qaraciyəri zədələyir?
Son zamanlar yağın zərərləri barədə sübutu olmayan miflər artır.

“Medicina” xəbər verir ki, qastroenteroloq Sergey Vyalovun sözlərinə görə, bu miflər aşağıdakılardır;
Yağsız pəhriz bütün problemlərin həllidir.

Yağdan tamamilə imtina edə və özünüzü yaxşı hiss edə bilərsiniz. Amma orqanizmin yağa ehtiyacı var: o, təkcə kalori mənbəyi deyil, həm də orqan və toxumalar üçün tikinti materialı, həmçinin bioloji aktiv maddələrin istehsalı üçün başlanğıc materialdır.

Yağ həyatın mənası və öd kisəsinin, eləcə də beyinin işinin səbəbidir. Buna görə də, yağ yemək lazımdır.

Yağ qaraciyər, öd kisəsi və mədəaltı vəzi zədələyir.

Yağ zərərli deyil, mədəaltı vəzi, öd kisəsi və qaraciyər üçün faydalıdır. Yağ, ödün durğunlaşmaması və konsentrasiyası üçün daşların əmələ gəlməsini təmin edir. Yağ mədəaltı vəzini məşq etdirir, onun işləməsini təmin edir. İşləməyən hər hansı orqan atrofiyaya uğrayır.

Yağlı səhər yeməyi - dietoloqların tabusudur.

Yağ xüsusilə səhərlər faydalıdır. Məsələn, ingilis səhər yeməyi: kərə yağı, yumurta, donuz əti, yağlı süd. Müdrük insanlar da deyirlər ki, səhər yeməyini özünüz yeyin, naharı dostla bölüşün, axşam yeməyini isə düşmənə verin. Bütün bu ənənə və hikmətlərin elmi əsasları vardır. Xoleritik səhər yeməyi bir gecədə yığılan ödü xaric edir.
Donuz piyinin müntəzəm istifadəsi xolesterinin səviyyəsini artırır.

Qanda xolesterin səviyyəsinin pəhrizlə çox az əlaqəsi var. Əgər yağ zərərlidirsə, ürək və qan damarları üçün ola bilər, ancaq qaraciyər, öd kisəsi və mədəaltı vəzi üçün deyil. Yağ əksinə, bu orqanlar üçün faydalıdır. Çünki o ödü hərəkətə gətirir və həzm sistemini yaxşı vəziyyətdə saxlayır.

Xolesterol səviyyəsini azaltmağın yeganə yolu yağlı qidaları kəsməkdir.

Əgər yağdan imtina etsəniz, o zaman xolesterol səviyyəsini 10-15% -dən çox azalda bilərsiniz. Buna görə də, kardioloqlar ürək xəstələri üçün pəhriz təyin etməyi dayandırdılar. Çünki həblərlə xolesterolun azaldılmasına nail olmaq daha asandır. İnsan xolesterolun yalnız 20-30%-ni qidadan alır, 70-80%-i isə qaraciyərdə əmələ gəlir.

Günay Quluzadə