Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaşı möhkəmlədən qidalar – Nə yeməli?

  • 2023.04.25 20:02
  • 1687 Baxış
Yaddaşı möhkəmlədən qidalar  – Nə yeməli?
Yaddaşınızı möhkəmlətmək üçün vitamin və pereparatlarla yanaşı effektiv təsirli qidalar da var.

“Medicina” xəbər verir ki, yaddaşın və beyin fəaliyyətinin yaxşılaşdırılması üçün pəhrizə vitamin və mikroelementlərin daxil edilməsi vacibdir.


Həkim – nevroloq Nataliya Sergeyevnanın sözlərinə görə, qidalanma həqiqətən bədənimizə böyük təsir göstərir. Söhbət bəzi bahalı və qıt məhsullardan getmir.


Yaxşı beyin funksiyası, konsentrasiya və yaddaş üçün böyüklər və uşaqlar B vitaminləri, C vitamini, D vitamini, Omeqa-3 turşuları, E vitamini, beta-karotin, maqnezium, dəmir, sink, yod, selenium lazımdır.

B vitaminlərinin mənbələrini balıq, toyuq yumurtası, qarabaşaq yarması və yulaf, sarımsaq, qoz-fındıq, noxud, qarğıdalı, mərcimək, toxum, küncüt və fermentləşdirilmiş süd məhsullarında axtarmaq lazımdır.

• C vitamini qırmızı şirin bibər, çiyələk, sitrus meyvələri, qara qarağat, qıtıqotu, itburnu, turşəngdə olur.
• Vitamin E avokadoda, bitki yağları, qoz, tumda axtarın.

• Vitamin P itburnu, üzüm, dağ külü, limon, qara qarağatda olur.

Tərəvəz, göyərti və meyvələr də vitamin və liflə zəngindir. Xüsusilə balqabaqda, qarğıdalıda, duzlu kələmdə boldur.

Beyinə zərər verən qidalar bunlardır: bunlar təmizlənmiş qidalar, qida boyaları və zəhərli qida əlavələridir. Buna görə təmizlənmiş yağlar, şəkər, şirniyyat, peçenye, ən yüksək dərəcəli ağ un və ondan hazırlanan məhsullar, çörək, makaron, irmik, ağ düyü, souslar, çipslərdən istifadə etmək arzuolunmazdır.

Palma yağı və trans yağları olmayan süd məhsulları seçin. Bu məhsullar vitamin çatışmazlığına gətirib çıxarır, beyin fəaliyyəti pozulur, yaddaş pisləşir, diqqət azalır, insan unutqan olur.


Günay Quluzadə