Böyük Britaniyanın York universitetinin alimləri yuxu müddətinin yeni informasiyanın insan hafizəsinə həkk olunmasına hansı yolla təsir göstərdiyini müəyyənləşdirib.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Current Biology” jurnalında dərc olunub.
Yuxunun yeni yaddaşların formalaşması və hafizəyə həkk olunmasında mühüm rol oynaması artıq elm aləminə sirr deyil.
Britaniyalı tədqiqatçılar bu dəfə hafizənin inkişafının yuxu şpindelləri, yəni, elektroensefaloqramma aparatı vasitəsilə izlənilən beyin fəaliyyətinin dəyişkən partlayışları ilə qarşılıqlı əlaqəsini müəyyən etmək qərarına gəlib.
Alimlər insanın hafizəsini yuxuda olarkən transkranial elektrik stimulasiya yolu ilə gücləndirməyin mümkün olduğunu hesab edir.
Könüllülər üzərində aparılan eksperimentlər, alimlərin gəldikləri nəticənin doğru olduğunu isbat edib.Sınaqda iştirak edənlərin qulağına müxtəlif sifətlər (nitq hissəsi) və onlarla əlaqəli assosasiyalar səsləndirilib.
Daha sonra həmin sifətləri, onlar artıq yuxuda olarkən təkrarlayıblar. Elektroensefaloqramma göstərib ki, insanlarda dərhal həmin sifətlərlə əlaqəli olan asossasiyalar meydana gəlib. Beləcə yuxu şpindellərinin yadda saxlama bacarığı ilə bilavasitə əlaqəli olduğu təsdiqlənib.
Alimlər iddia edir ki, onların bu tapıntısı, təhsil alan şagird və tələbələrin hafizə ilə bağlı problemlərinin həllinə kömək olacaq.