Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaşı gücləndirən salat - Hər

  • 2023.07.06 12:08
  • 1748 Baxış
Yaddaşı   gücləndirən  salat  - Hər
Bəzi qidalar əslində, beyin funksiyasını yaxşılaşdıra bilər.

Əgər düzgün qidalar qəbul etsək, beynimizdəki “yaddaş” funksiyası maksimum dərəcədə artırıla bilər.


“Medicina” xəbər verir ki, Mayo Klinikasının dietoloqu Elizabet Bertranın sözlərinə görə, beyin "ən yağlı" orqandır. Buna görə də, yağ turşuları koqnitiv funksiyaları yaxşılaşdırmaq üçün pəhrizimizdə çox vacibdir.


Yaddaşı gücləndirən qidalara meyvə və tərəvəzlər, bütün taxıllar, balıqlar, sağlam yağlar, göyərti və toxumlar daxildir. Bu inqrediyentlərə görə yaddaşı yaxşılaşdıran əla yemək hazırlaya bilərsiniz - məsələn, sağlam çuğundur-fındıq salatı.


Həmin salat aşağıdakı kimi hazırlanır:


çuğundur - orta, 2-3 əd
alma - kiçik, 1-2 ədəd
kərəviz sapı - 1-2 ədəd,
qoz - 2-3 ədəd,

hər hansı bir göyərti - nə qədər çox olsa, bir o qədər yaxşıdır,
təbii alma sirkəsi və ya qırmızı şərab - 2 çay qaşığı,
zeytun (bitki) yağı - 1 osh qaşığı,
balzamik sirkə- 1-2 çay qaşığı,
təzə doğranmış bibər

İstəyə görə, 50 qr pendir əlavə edə bilərsiz.

Çuğundur salatı beyin üçün çox faydalıdır, O, qan damarlarını genişləndirməyə kömək edən təbii birləşmələrlə zəngindir, daha çox oksigenin beyinə çatmasına imkan verir. Fındıq, xüsusilə qoz, omeqa-3 yağ turşularının mənbəyidir.

Onlar triqliseridlərin səviyyəsini azaldır, qan damarlarının vəziyyətini yaxşılaşdırır.

Günay Quluzadə