Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaddaşı gücləndirən qidalar

  • 2022.11.19 14:32
  • 3748 Baxış
Yaddaşı gücləndirən qidalar

Balanssız və qeyri-sağlam pəhriz səbəbilə yaranan vitamin çatışmazlığı unutqanlığa yol açır. Bir çox insanın tez-tez qarşılaşdığı bu problemin qarşısı bəzi qidalar vasitəsilə alına bilər.

"Medicina" beyin və yaddaşın güclənməsi üçün faydalı olan məhsullarla bağlı məlumatları təqdim edir.

Balıq - beyin funksiyalarında Omeqa 3 əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, hamsi, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.

Qaragilə - antioksidan maddəsi ilə zəngindir. Altsheymer və unutqanlığa qarşı faydalıdır.

Tünd şokolad - yüksək kakao və antioksidan tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.

Balqabaq - əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.

Çuğundur - tərkibində uzunmüddətli yaddaşı canlandırmaq üçün lazım olan polifenollar var. Altsheymer xəstəliyinin müalicəsi üçün faydalıdır. Qırmızı soğan da bura aid edilə bilər.

Kərəviz - E vitamini ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və Fol turşusu var. Yaddaşı gücləndirir.

Aynur,